İran İnqilab Keşikçiləri Korpusu Livandakı hücumlardan sonra oxşar təhlükəyə qarşı tədbir görüb .
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İnqilab Keşikçiləri ordusunun istifadə etdiyi rabitə vasitələrinin çoxu ya əl istehsalıdır, ya da Çin və Rusiyadan ölkəyə gətirilir.
Hazırda İnqilab Keşikçiləri Korpusu şifrəli mesajlaşma vasitəsilə əlaqə saxlayır:
"Livanda partlayan peycerlərdən bəziləri Tehrana gətirilib. Buradakı cihazlar İran texniki qrupları tərəfindən yoxlanılır və ehtiyat tədbirləri görülür. Məqsəd İranda da oxşar vəziyyətin yaranmasının qarşısını almaqdır", - İnqilab Keşikçiləri Korpusundan bildirilib.
