Putin sabah onu qəbul edəcək

17:53 - 25 Sentyabr 2024

Putin sabah onu qəbul edəcək

Rusiya Prezidenti Vladimir Putin və Moskvada işgüzar səfərdə olan Ekvatorial Qvineya Respublikasının Prezidenti Teodoro Obianq Nguema Mbasoqo arasında danışıqlar sentyabrın 26-da Kremldə baş tutacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“Gündəliyə müxtəlif sahələrdə Rusiya-Ekvatogineya əlaqələrinin gələcək inkişafı perspektivləri, eləcə də aktual beynəlxalq və regional məsələlər daxildir”, - deyə məlumatda bildirilir.

Həmin gün Putin və Ekvatorial Qvineya prezidenti “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunun plenar iclasında çıxış edəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az