Rusiya Müdafiə Nazirliyi Donetskdəki Ukrainsk qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətindəki Ostroye və Qriqorovka qəsəbələrini ələ keçirdiklərini açıqlayıb.
Bəyanatda Donbasda bəzi mühüm yerlərin ələ keçirildiyi və mərkəzi hərbi hissələrin qətiyyətli addımları nəticəsində Donetsk Xalq Respublikasının azad edildiyi bildirilib.