Türkiyədə "Mən Qarabağam" adlı Zəfər konserti keçirildi - FOTOLAR

21:48 - 07 Noyabr 2021

Türkiyədə \"Mən Qarabağam\" adlı Zəfər  konserti  keçirildi - FOTOLAR

Türkiyənin Bursa şəhərində 8 Noyabr - Zəfər günü münasibətilə "Mən Qarabağam" adlı Zəfər Konserti baş tutub.

Bu barədə  Manset.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bursa Uludağ Üniversiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə baş tutan tədbirdə əvvəlcə canını Vətən üçün fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib, daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Konsertdə açılış nitqi ilə Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Lətifə Nağdalıyeva çıxış edib, Azərbaycanla Türkiyənin münasibətlərinin günü-gündən daha da möhkəmləndiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az