Bakı-Qazax yolunda AĞIR QƏZA - TIR qarşı tərəfə keçdi 

16:20 - 12 Fevral 2026

Bakı-Qazax yolunda AĞIR QƏZA - TIR qarşı tərəfə keçdi 

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat qəzası baş verib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, Bakı-Qazax magistral yolundan üzü Bakıya doğru hərəkət edən TIR markalı yük maşının qarşı yola keçməsi nəticəsində ağır qəza baş verib. Qəza nəticəsində yolun qırağındakı infrastruktur, demək olar ki, yararsız hala düşüb.

İki yolu ayıran dəmir aralıqlar TIR-ın qarşısını alıb. Xəsarət alan yoxdur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az