İranın Prezidenti Məsud Pezeşkiyan əyalət ziyarətləri çərçivəsində getdiyi Qolestan əyalətində tibb sahəsində yönləndirmə sisteminin irəliləyişi ilə bağlı keçirilən iclasda çıxış edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pezeşkiyan səhiyyə naziri olduğu dövrdə 6 min dollar maaş aldığını, amma prezidentlik dövründə İran pul vahidinin dəyərsizləşməsi ilə yalnız min dollar maaş almağa başladığını deyib.
O, idarəetmə anlayışının dəyişdirilməli olduğunu və xalq sağlamlığına diqqət yetirilməsinin vacib olduğunu vurğulayaraq, "Cəmiyyətin sağlamlığı sizin çiyinlərinizdədir. Bu prosesdə isə nazirlik dəstək verən mövqedə qalmalıdır. Akademik heyət üzvləri, həkimlər, tibb bacıları bir araya gələrək xalqın məmnuniyyətini təmin edəcək tətbiq oluna bilən bir həll yolu ortaya qoymalıdır" - deyib.