Amerika Birləşmiş Ştatları NATO müttəfiqlərinə hər hansı bir əsgər çəkmə planının məhdud olacağı barədə zəmanət vermək məqsədilə bu həftə keçiriləcək müdafiə nazirləri toplantısında bir öhdəlik götürməyi planlaşdırır.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirinin müavini Elbridge Colby NATO toplantısı zamanı Avropadakı müttəfiqlərinə ABŞ-ın NATO ərazisindən çəkəcəyini planlaşdırdığı əsgər sayısını məhdudlaşdıracağına dair zəmanət verəcək.
Colby ABŞ Müdafiə Nazirinin yerinə toplantıya qatılacaq. Xəbərdə Avropadakı əsgər sayısının hal-hazırda dövrü olaraq 80 min ilə 90 min arasında olduğu bildirilir. Bu rəqəm Soyuq Müharibə dövründən sonrakı ən yüksək səviyyələrdən biridir.