İngiltərə futbolunda üzücü hadisə yaşanıb. "Tottenhem"in sabiq baş məşqçisi Devid Plit Çempionşip oyunu zamanı qəflətən halı pisləşərək yıxılıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, hadisə "Loftus Road" stadionunda baş verib.
81 yaşlı mütəxəssis dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə görə, o, azı iki həftə tibbi nəzarət altında qalmalıdır.
"Tottenhem" klubu dərhal sabiq çalışdırıcısının ailəsi ilə əlaqə saxlayıb və hər cür dəstək göstərəcəyini bəyan edib.
Xatırladaq ki, Devid Plit 1986/1987 mövsümündə London klubuna başçılıq edib. O, daha sonra klubda idman direktoru kimi də fəaliyyət göstərib və 2008-ci ildə peşəkar karyerasını başa vurub.