Səudiyyədə 1000 metrlik qüllə inşa olunur

14:44 - 06 Oktyabr 2024

Səudiyyədə 1000 metrlik qüllə inşa olunur

Səudiyyə maqnatı Şahzadə əl-Valid bin Təlal 1000 metr hündürlüyündəki Ciddə Qülləsi layihəsinin yenidən icrasına başlayır.

 

Manset.az xəbər verir ki, bu barədə şahzadə özünün X hesabında məlumat verib.

“Biz qayıtdıq”, - şahzadə X hesabında yazıb.

Məlumata görə, qüllənin inşası 1.9 milyard dollara başa gələcək və 2028-ci ildə hazır olacaq. Onun dünyanın ən hündür binası olacağı bildirilir.

Qeyd edək ki, qüllənin inşası 2017-ci ildə antikorrupsiya kampaniyası səbəbindən dayandırılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az