Qazaxıstanda ölkədə ilk atom elektrik stansiyasının tikilib-tikilməyəcəyinə dair referendum keçirilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan ölkədə ilk atom elektrik stansiyasının tikilib-tikilməyəcəyinə qərar vermək üçün seçki keçirib.
Televiziya kanallarının canlı yayımda paylaşdığı ilk exit-poll nəticələrinə görə, referendumda iştirak nisbəti 67,3 faiz olub.
Seçicilərin 69,8 faizi “bəli” səsini verərək ölkədə AES-in yaradılmasını dəstəklədiyi halda, 30,2 faizi “yox” deyib.
Referendumun yekun nəticələri 7 gün ərzində Qazaxıstan Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.