Türkiyə Livandan vətəndaşlarının təxliyəsinə başlayır

10:44 - 08 Oktyabr 2024

Türkiyə Livandan vətəndaşlarının təxliyəsinə başlayır

Türkiyə sabah Livanı tərk etmək üçün müraciət edən vətəndaşlarının təxliyə edilməsinə başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. 

Təxliyə dəniz yolu ilə həyata keçiriləcək. 

Bununla əlaqədar Türkiyənin Dəniz Qüvvələrinə məxsus iki gəmi bu gün Livanın paytaxtı Beyruta yola düşəcək.

Gəmilərin ümumi tutumunun iki min nəfər olduğu qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az