Son zamanlar böyük iqtisadi çətinliklər yaşayan Almaniyanın məşhur avtomobil şirkəti "Volkswagen" qənaət tədbirləri adı altında bir sıra sərt planlar həyata keçirəcəyini müzakirə edir.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu planlara yüksək səviyyəli işçilər üçün bonusların məhdudlaşdırılması, işçilərin yubileyləri üçün əlavə ödənişlərin azaldılması və bəzi Almaniya istehsal müəssisələrinin mümkün bağlanmasının araşdırılması daxildir.
Şirkət 4 milyard avroya qənaət etmək üçün maaşların və bonusların azaldılmasını nəzərdən keçirir.
Qeyd edək ki, oktyabrın əvvəlindən "Volkswagen" rəhbərliyi Almaniyadakı müəssisələrində çalışan işçi nümayəndələri ilə həftəlik görüşlər keçirərək xərclərin harada azaldıla biləcəyini və hansı modellərin hansı müəssisələrdə istehsal olunacağını təhlil edir.