Ali Rada Vladimir Zelenskinin ölkədə hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin 90 gün uzadılması haqqında fərmanlarını təsdiqləyib.
Manset.az bu barədə Ukrayna deputatı Yaroslav Jeleznyakın sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
Sərəncamlara əsasən, hərbi vəziyyət və ümumi səfərbərlik müddətləri noyabrın 10-dan 90 gün uzadılır.
Ukraynada hərbi vəziyyət rejimi 2022-ci il fevralın 24-dən qüvvədədir; O vaxtdan bəri fərmanların müddəti bir neçə dəfə, 90 gün müddətinə uzadılıb.