Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç 10-cu dəfə əməliyyat olunacaq.
Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, buna səbəb onun burnunda olan anadangəlmə problemdir.
Məşhur müğənni bu problem səbəbindən 9 dəfə əməliyyat olunub.
Son zamanlar təcrid həyatı yaşadığı öyrənilən Murat Dalkılıçın fevral ayında keçirəcəyi əməliyyatdan sonra bir daha əməliyyat masasına uzanmayacağını bildirib.
