"Taliban" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək

11:07 - 10 Noyabr 2024

\"Taliban\" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək

"Taliban" hökumətinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb.

"Əfqan hökumətinin nümayəndə heyəti Bakıda olacaq", - XİN nümayəndəsi bildirib.

Qeyd edək ki, "Taliban" nümayəndələri ilk dəfə olaraq BMT-nin iqlim konfransına qatılacaqlar.

Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az