Ermənistan Prezidenti Vaaqn Xaçatryan xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, o, yayılan xəbərlərlə bağlı bunları deyib:
"Bu şayiələri yayanlar yalnız mənim ailəmi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm".
20:15
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətində problem yaranıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Xaçaturyanın ürəyində problem yaranıb, o, xəstəxanaya yerləşdirilib.
Vaaqn Xaçaturyanın səhhətinin bir neçə gün əvvəl pisləşdiyi bildirilir.