Tramp ona da yüksək vəzifə verir

12:35 - 15 Dekabr 2024

Tramp ona da yüksək vəzifə verir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsinin rəhbəri Devin Nunesi Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri təyin etmək qərarına gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə Tramp “Truth” hesabında məlumat verib.

“Mən “Truth Social”ın baş direktoru Devin Nunesi federal hökumətlə birbaşa əlaqəsi olmayan görkəmli vətəndaşlardan ibarət Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri vəzifəsinə təyin edəcəyimi elan etməkdən məmnunam”, - deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az