Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

01:30 - 16 Dekabr 2024

Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqınlar düşərgəsinə təşkil edilən hücumda “Əl-Cəzirə” televiziyasının operatoru Əhməd Əl-Lavh həlak olub.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 196-ya yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az