İranın Çinə neft satışı azaldı

14:41 - 16 Dekabr 2024

İranın Çinə neft satışı azaldı

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İranın Çinə neft satışı azalıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.

“ABŞ-ın neft daşıyan tankerlərə qarşı son sanksiyaları Şandun limanında İran gəmilərinin sayının azalmasına səbəb olub, çünki çinli alıcılar yüklərin sanksiyaya məruz qalmayan gəmilərlə çatdırılmasını tələb edirlər”, - məlumatda bildirilib.

Qeyd edək ki, ümumilikdə İran neftini daşıyan 191 böyük tanker sanksiyalara məruz qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az