Peskov Şoltsun Moskvaya səfəri məsələsinə münasibət bildirdi

01:00 - 21 Dekabr 2024

Peskov Şoltsun Moskvaya səfəri məsələsinə münasibət bildirdi

Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilən Almaniya kansleri Olaf Şolts sülh missiyası ilə Moskvaya gələ bilər.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu haqda “Der Spigel” jurnalı məlumat verib və bildirib ki, Şoltsun özü hələ məsələ ilə bağlı heç nə vəd etməyib.

Nəşrin yazdığına görə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri qəti əmindirlər ki, kansler yaxın günlərdə Moskvaya sülh missiyası ilə gedəcək.

Bu məlumat Xristian Demokrat İttifaqı (XDİ) partiyasının bəzi üzvləri tərəfindən deyilib.

Məsələyə aydınlıq gətirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Almaniyadan Şoltsun mümkün səfəri ilə bağlı heç bir açıqlama və ya təklif almadıqlarını deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az