Qəzzada ölənlərin sayı açıqlandı

20:20 - 21 Dekabr 2024

Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzada son sutkada 21 fələstinli ölüb, 61 nəfər yaralanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 45 220 nəfərə, yaralananların sayı 107 570 nəfərə çatıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az