İsrail aviaşirkəti Moskvaya uçuşları dayandırdı

22:14 - 26 Dekabr 2024

İsrail aviaşirkəti Moskvaya uçuşları dayandırdı

İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən "9-cu Kanal"a məlumat verilib.

"Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq "El-Al" Tel-Əviv — Moskva marşrutu üzrə bütün reysləri dayandırır", — məlumatda deyilir.

Qeyd edilib ki, gələn həftə vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, daha sonra uçuşların bərpası barədə qərar qəbul ediləcək və sərnişinlər tezliklə xəbərdar ediləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az