65 dərəcə şaxta qeydə alındı - Rusiya "dondu"

22:50 - 02 Yanvar 2025

65 dərəcə şaxta qeydə alındı - Rusiya \"dondu\"

Yanvarın 2-də Yakutiyanın (Rusiya) 19 şəhər və qəsəbəsində havanın temperaturu -50 dərəcədən aşağı olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ural Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsi xəbər yayıb.

Ən aşağı temperaturlar Oymyakon, Batamay və Namtsı qəsəbələrində qeydə alınıb, burada termometrin göstəricisi -55°C-yə düşüb. Ust-Nera, Amqa və Çurapçada havanın temperaturu -54°C olub. Itık-Kyuel və Berdigestyaxda isə bir qədər "isti" olub - orada termometrin göstəricisi -53°C-ni göstərib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Hidrometeoroloji Mərkəzi yanvarda Uzaq Şərqdə temperatur rejiminin normadan aşağı olacağı barədə xəbərdarlıq etmişdi.

Bir gün əvvəl Oymyakon Yakutiyanın ən soyuq nöqtəsi olub. Belə ki, rəsmi məlumatlara görə, kənddə -56 dərəcə temperatur qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda isə termometr -65 dərəcəni göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az