Ukrayna Belarusla sərhəddə istehkamlar və atəş mövqeləri tikməyə başlayıb

23:15 - 08 Yanvar 2025

Ukrayna Belarusla sərhəddə istehkamlar və atəş mövqeləri tikməyə başlayıb

Ukrayna Volın vilayətində Belarusla sərhəddə istehkamlar tikməyə və atəş mövqeləri qurmağa başlayıb.

 

Manset.az “UNN”-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat yayıb.

“Bu istiqamət bizə təhdid doğurur. Bu ərazidə mühəndis istehkamları ilə yanaşı, dayaq nöqtələrinin, atəş mövqelərinin və səngərlərin yaradılması da həyata keçirilir”, - Demçenko qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az