Bayden İtaliya səfərini ləğv etdi

10:05 - 09 Yanvar 2025

Bayden İtaliya səfərini ləğv etdi

ABŞ-nin Prezidenti Co Bayden Kaliforniyada şiddətli yanğınlar səbəbindən İtaliyaya planlaşdırılan səfərini ləğv edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer hökumətin saytında dərc olunan məlumatda bildirib.

Bundan əvvəl dövlət başçısı Los-Ancelesə səfər edib, fövqəladə hallar xidmətlərinin nümayəndələri və yanğınsöndürənlərlə görüşüb.

Məlumata görə, bu axşam Los-Ancelesdən qayıtdıqdan və Kaliforniyada fövqəladə vəziyyət elan edildikdən sonra Prezident Bayden İtaliyaya qarşıdakı səfərini ləğv etmək qərarına gəlib.

Xatırladaq ki, yanvarın 8-də Bayden Kaliforniyada böyük fəlakət elan edib. Bu qərar Los-Ancelesin sakinlərinə federal yardım əldə etmək imkanı verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az