Brüsseldə etiraz aksiyası - Dörd polis yaralandı

18:23 - 13 Yanvar 2025

Brüsseldə etiraz aksiyası - Dörd polis yaralandı

Brüsseldə pensiyaların azaldılmasına qarşı keçirilən etirazlarda dörd polis yüngül xəsarət alıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polislər yanğınsöndürənlərlə qısamüddətli toqquşma nəticəsində yaralanıblar. Qısa müddətə gözyaşardıcı qazdan istifadə edilib.

Polis hadisənin qısamüddətli və lokal xarakter daşıdığını vurğulayıb.

Yanğınsöndürənlər həmkarlar ittifaqının nümayəndəsi dərhal həmkarlarının hərəkətini pisləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az