"HƏMAS girovları tezliklə azad edəcək" - Tramp

21:50 - 15 Yanvar 2025

\"HƏMAS girovları tezliklə azad edəcək\" - Tramp

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini bildirib.

 

Manset.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar", - paylaşımda qeyd edilib.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az