"NATO-nun Baş katibi Rumıniya vasitəsilə III Dünya Müharibəsini başlamağa çalışır"

11:10 - 16 Yanvar 2025

\"NATO-nun Baş katibi Rumıniya vasitəsilə III Dünya Müharibəsini başlamağa çalışır\"

NATO-nun Baş katibi Mark Rutte Rumıniya vasitəsi ilə III Dünya Müharibəsini başlamağa çalışır.

 

Manset.az xəbər verir ki, bu barədə Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu X sosial şəbəkəsində amerikalı bloqer Aleks Consla yayımlanan podkastda deyib.

O, əlavə edib ki, Alyans indi iki düşərgəyə bölünüb: bəziləri Donald Trampı dəstəkləyir və Ukraynadakı münaqişəyə son qoymaq istəyir, digərləri isə NATO-nu genişləndirməyə çalışır.

"NATO-nun rəhbəri Mark Rutte öz qaydalarını tətbiq etməyə və xüsusilə Rumıniya vasitəsilə Ukrayna regionunda üçüncü dünya müharibəsi başlatmağa çalışıb. Bu, üzləşdiyimiz ən böyük təhlükədir", - o, deyib.

Georgescu qeyd edib ki, NATO-ya “yalnız qullar” rəhbərlik edir və hazırda dünyada çox az lider var, hətta Rumıniyada da hakimiyyətdə “yalnız kuklalar” var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az