Türkiyə ordusunun Suriya və İraqda yeni əməliyyatı - 13 terrorçu öldürüldü

20:50 - 31 Yanvar 2025

Türkiyə ordusunun Suriya və İraqda yeni əməliyyatı - 13 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda yeni əməliyyat keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı Qara əməliyyat bölgəsində PKK terror təşkilatının altı, Suriyanın şimalındakı "Barış Pınarı" və "Fırat Kalkanı" əməliyyat bölgələrində isə PKK/YPG terror təşkilatının yeddi üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az