İsrail ordusu "Hizbullah"ın silah anbarlarını məhv etdi

20:10 - 03 Fevral 2025

İsrail ordusu \"Hizbullah\"ın silah anbarlarını məhv etdi

İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" hərəkatının bir neçə silah anbarını aşkarlayaraq məhv edib.

 

Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"769-cu və 7-ci briqadalar İsraillə Livan arasındakı razılaşmalara uyğun olaraq və bu bölgədə əməliyyat nailiyyətlərini qorumaq üçün Livanın cənubunda müdafiə əməliyyatlarını davam etdirir. 769-cu briqadanın qoşunları minaatan mərmilər, raketlər, reaktiv mərmilər, partlayıcı maddələr, odlu silahlar və çoxlu sayda hərbi texnikanın olduğu bir neçə silah anbarı aşkar ediblər. Bütün silahlar müsadirə, anbarlar isə məhv edilib", - məlumatda bildirilib.

Həmçinin bu bölgədə bir neçə "Hizbullah" terrorçusu öldürülüb və qoşunlar üçün təhlükə yaradan şübhəli şəxslər saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az