Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək

01:00 - 04 Fevral 2025

Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək

ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib.

 

Manset.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

"USAID-in bir çox funksiyaları qalacaq. Lakin onlar ABŞ-nin xarici siyasətinə uyğunlaşdırılmalıdır", - Rubio bildirib.

Bundan əvvəl demokratlar və keçmiş diplomatlar USAID-in ləğvinə etirazlarını bildirərək, agentliyin bütün dünyada insanlara kömək etdiyini və yardımın ABŞ-nin dünya səhnəsində mövqeyini gücləndirdiyini iddia ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az