“Mirage” döyüş təyyarələri Ukraynaya gətirildi

13:26 - 07 Fevral 2025

“Mirage” döyüş təyyarələri Ukraynaya gətirildi

Rusiyaya qarşı hava hücumundan müdafiə və hücum imkanlarını artırmağa çalışan Ukraynaya dəstək də Fransadan gəlib. Fransa istehsalı olan “Mirage 2000” tipli döyüş təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu Fransa prezidenti Emmanuel Makronun 2024-cü ildə vəd etdiyi Mirage 2000 tipli döyüş təyyarələrinin Ukraynaya təhvil verildiyini açıqlayıb.

Ukraynalı pilotların döyüş təyyarələrinin istifadəsi ilə bağlı təlimləri başa vurduğunu bildirən Lecornu, Miragelərin ikinci hissəsinin göndəriləcəyinə işarə edib.

Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada təyyarələrin Ukraynaya çatdığını təsdiqləyib və Emmanuel Makrona təşəkkürünü bildirib.

Zelenski həmçinin bildirib ki, Hollandiyanın vəd etdiyi F-16-lar Ukraynaya təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az