“Vanspor”un komanda avtobusuna hücum: 3 nəfər yaralandı - VİDEO

15:45 - 09 Fevral 2025

“Vanspor”un komanda avtobusuna hücum: 3 nəfər yaralandı - VİDEO

Türkiyənin Elazığ bölgəsində “Vanspor”un komanda avtobusu daşlı hücuma məruz qalıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Elazığspor”un 2:1 hesablı qələbəsi ilə başa çatan “Elazığspor”-“Vanspor” matçından sonra baş verib.

Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.

Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:

“Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır. Ancaq təəssüf ki, “Vanspor”un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az