Gürcüstan Parlamenti Xarici Təsir haqqında Qanunu qəbul edib.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar qanunverici orqanın iclasında verilib.
Qeyd olunur ki, xarici agentlər haqqında qanun layihəsi ABŞ-nin mövcud FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanunu ilə eynidir.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin verdiyi məlumata görə, 84 nəfər qanunun lehinə səs verib, qanunun əleyhinə isə səs verən olmayıb.