Husilər İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edə bilər

01:00 - 08 Mart 2025

Husilər İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edə bilər

4 gün ərzində Qəzzaya yardımların daşınmasına icazə verilməsə Yəmən husiləri İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcək.

 

Manset.az xəbər verir ki, bunu Yəmənin “Ənsar Allah” hərakatının lideri Əbdül Malik əl-Husi “Al Masirah” telekanalına bildirib.

"İsrail dörd gün ərzində Qəzza zolağına humanitar yardımın daxil olmasına mane olmağa, nəzarət-buraxılış məntəqələrini bağlı saxlamağa, qida və dərmanların Qəzza zolağına daxil olmasının qarşısını almağa davam edərsə, o zaman İsrailə qarşı dəniz əməliyyatlarımızı bərpa edəcəyik", - o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az