Berlində yaşayış binasında yanğın - Yaralananlar var

18:25 - 08 Mart 2025

Berlində yaşayış binasında yanğın - Yaralananlar var

Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada yanğın baş verib, nəticədə 16 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

“[Berlinin Kroytsberq rayonunda] beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzil yanıb. Ümumilikdə 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb", – qurumun rəsmi saytında bildirilib.

Hadisə yerinə təxminən 70 yanğınsöndürən cəlb edilib, onlar alovu söndürərək sakinlərin təxliyəsinə kömək ediblər. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələ müəyyən edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az