Türkiyədə sosial media fenomeni Dilan Polatın əri Engin Polat və qayınatası Sezgin Polat məhkəmə tərəfindən həbs cəzasına məhkum ediliblər.
Manset.az xəbər verir ki, İstanbul məhkəməsi ata və oğulu saxta qaimə-faktura yazmaqla dövlətə zərər vurmaq ittihamı üzrə təqsirli bilib.
Məhkəmə müttəhimlərin hər birinə 5 il 2 ay 15 gün müddətinə həbs cəzası verib.