İsrail Müdafiə Qüvvələrinə aid bölmələr Qəzza zolağının hər yerində quru əməliyyatları həyata keçirir.
Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, Fələstin anklavının şimalında 252-ci diviziyanın bölmələri əməliyyat zamanı “HƏMAS” terror təşkilatına məxsus silah anbarını aşkarlayıb və xeyli sayda terrorçunu məhv edib.
Qəzza zolağının cənubunda 36-cı diviziyanın bölmələri Rəfah şəhəri və Moraq bölgəsində döyüşləri davam etdirir, Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edərək bu ərazidə yaraqlılara məxsus obyektləri sıradan çıxarıb və terrorçuları məhv ediblər.