Fransanın dövlət borcu təhlükəli həddə çatdı

17:49 - 04 May 2025

Fransanın dövlət borcu təhlükəli həddə çatdı

Fransanın dövlət borcunun illik faiz ödənişləri yaxın illərdə 100 milyard avroya çata bilər.


Manset.az xəbər verir ki, bunu ölkənin baş naziri Fransua Bayru “Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.

“Ölkəmiz bizi 3-4 il ərzində fəlakətli vəziyyətə gətirə biləcək olduqca riskli yoldadır. Təkcə borclara xidmət, yəni faiz ödənişləri 100 milyard avroya çata bilər. Bu, təhsil və müdafiə büdcələrinin birləşdirilməsinə bərabərdir”, - Bayrou bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət Fransanın sosial modeli, suverenliyi və gələcəyi üçün əhəmiyyətli təhlükə yaradır və faiz dərəcələrinin istənilən kəskin yüksəlməsi ölkəni “tarixi nisbətdə” iqtisadi və maliyyə böhranına sürükləmək üçün kifayət edə bilər.

Bayrunun fikrincə, bunun səbəbi borcla maliyyələşdirilən büdcə kəsirlərinin "bir çox onilliklər" üçün normaya çevrilməsidir.

Baş nazir hesab edir ki, vəziyyətdən çıxış yolu hasilatın artması ilə birlikdə dövlət xərclərinin azaldılması olacaq.

Bundan əvvəl “Fiqaro” qəzeti “Verian” şirkətinin onun üçün keçirdiyi sorğuya istinadla məlumat verib ki, Fransanın baş naziri Fransua Bayrunun etibar reytinqi 14%-ə düşüb. Bu, 1958-ci ildən bəri baş nazirlər arasında ən aşağı göstəricidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv