O, İstanbula getməyəcək

20:07 - 14 May 2025

O, İstanbula getməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.


Manset.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

İclasda Rusiyanı konkret kimin təmsil edəcəyi hələlik rəsmi olaraq açıqlanmayıb.

Qeyd edək ki, Rusiyanın bəzi kanallarında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq edə biləcəyi barədə məlumatlar yayılıb.

Çərşənbə günü ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff dövlət katibi Marko Rubio ilə cümə mayın 16-da İstanbula səfər etmək niyyətində olduğunu açıqlayıb. Ukrayna və Rusiya arasında Türkiyədə danışıqlar mayın 15-nə planlaşdırılıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Türkiyəyə səfəri çox güman ki, Rusiya prezidenti Vladimir Putinin oraya səfər edib-etməyəcəyini müəyyən edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv