"Son günlərdə Əraqçi və Uitkoff arasında birbaşa əlaqə bərpa olunub"

01:47 - 17 Mart 2026

\"Son günlərdə Əraqçi və Uitkoff arasında birbaşa əlaqə bərpa olunub\"

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son günlərdə birbaşa əlaqəni bərpa ediblər.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu iddia Axios tərəfindən dərc edilmiş hesabatda öz əksini tapır.

Hesabatda bildirilir ki, Əraqçi və Uitkoff arasında müzakirə olunan məsələlərin nə dərəcədə əsaslı olduğu bəlli deyil, lakin bunlar müharibənin təxminən iki həftə əvvəl başlamasından bəri iki tərəf arasında ilk məlum əlaqələrdir.

Hesabata görə, Əraqçi Uitkoffa müharibənin bitməsini vurğulayan mesajlar göndərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az