Günəşdə güclü partlayış oldu

20:19 - 16 Mart 2026

Günəşdə güclü partlayış oldu

Martın 16-da Günəş səthində yüksək güc sinfinə aid növbəti alovlanma qeydə alınıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki,  martın 16-da Bakı vaxtı ilə saat 16:15-də 4392 nömrəli günəş ləkəsi qrupunda (S14E19) rentgen spektrində M2.8 dərəcəli və 32 dəqiqə davam edən alovlanma müşahidə edilib.

Günəşdə baş verən alovlanmalar rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş kateqoriyaya bölünür. Ən aşağı səviyyə olan A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nVt radiasiya gücünə bərabər hesab olunur. Hər növbəti hərf mərhələsinə keçid şüalanma gücünün təxminən on dəfə artması deməkdir.

Belə təbiət hadisələri zamanı Günəşdən atılan plazma buludları planetimizə çatarsa, Yer kürəsində geomaqnit fırtınaları yarana bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az