ABŞ Mərkəzi Komandanlığı İrana qarşı aparılan hücumlarda 100-dən çox dəniz gəmisinin məhv edildiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM komandiri Admiral Brad Cooper ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasında yayımlanan görüntülü paylaşımda İrana qarşı hücumlardakı son vəziyyətlə bağlı açıqlamalar verib.
Cooper hücumların 16-cı günündə ABŞ qüvvələrinin İrana qarşı sərt hava əməliyyatları apardığını vurğulayıb.
Hörmüz Boğazı bölgəsindəki ticarət yollarının təhlükəsizliyinin təmin edilməsinin prioritet hədəflərdən biri olduğunu bildirən Cooper həyata keçirilən hücumlar nəticəsində İrana aid 100-dən çox dəniz gəmisinin məhv edildiyini açıqlayıb.