İtaliyalı fiqurlu konkisürən Elli Mattiuzzo 18 yaşında avtomobil qəzasında dünyasını dəyişib.
Manşet.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Qəza şənbə günü San-Marino ərazisində baş verib. Mattiuzzo və nişanlısı Daniel Volantinin olduğu avtomobil idarəetməni itirdiyi üçün qarşıdan gələn zolağa çıxıb və digər avtomobillə toqquşub. Konkisürən və nişanlısı yerindəcə dünyasını dəyişib.
Mattiuzzo 2019-cu ildə sinxron konkisürmə üzrə Dünya Çempionatında İtaliya gənclər komandasının üzvlərindən biri olub.