Məşhur idmançı ad günündə vəfat etdi

12:26 - 11 İyun 2025

Məşhur idmançı ad günündə vəfat etdi

İyunun 10-da, 36-cı ad günündə tanınmış ispan ultramarafonçusu və dietoloq Kristina Santurino vəfat edib.


Manset.az-ın əldə etdiyi məlumata görə, idmançının ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kristina Santurino bu yaxınlarda 2025-ci il Zeqama-Aizkorri dağ marafonunu uğurla başa vurub. O, Madrid mənşəli olub və son illərdə El Hierro adasında yaşayırdı. Santurino qida elmləri üzrə doktorluq dərəcəsinə malik idi və bu sahədə yüksək fərqlənmə diplomu ilə təltif olunub. O, xüsusilə uzun məsafəli dağ yarışlarında ixtisaslaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv