Türkiyə İndoneziyaya KAAN ixrac edəcək

13:29 - 11 İyun 2025

Türkiyə İndoneziyaya KAAN ixrac edəcək

Türkiyə İndoneziyaya 48 KAAN döyüş təyyarəsi ixrac edəcək.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İndoneziya arasında imzalanan müqavilə çərçivəsində 48 ədəd KAAN milli döyüş təyyarəsinin İndoneziyaya ixrac ediləcəyini açıqlayıb.

Ərdoğan bildirib ki, bu layihədə İndoneziyanın yerli imkanlarından da istifadə olunacaq. O, razılaşmanın iki ölkə üçün faydalı olacağına ümid etdiyini vurğulayıb və İndoneziya Prezidenti Prabovo Subiantoya təşəkkürünü çatdırıb.

Prezident həmçinin KAAN-ın istehsalında iştirak edən bütün qurumlara təşəkkür edib və müdafiə sənayesini dəstəkləməyə davam edəcəklərini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv