Kerala sahillərində yük gəmisində yanğın - 4 nəfər itkin düşdü

15:19 - 11 İyun 2025

Kerala sahillərində yük gəmisində yanğın - 4 nəfər itkin düşdü

Hindistanın Kerala ştatı sahillərində Sinqapur bayraqlı “MV Wan Hai 503” konteyner gəmisində partlayış nəticəsində güclü yanğın baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 22 ekipaj üzvündən 18-i xilas edilib, 4 nəfər isə hələ də axtarılır.

Yanğın təhlükəli və tez alışan yük səbəbilə çətinliklə nəzarət altına alınır. Hadisə nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti kritikdir.

Qeyd edək ki, mayın 25-də Kerala sahillərində 600-dən çox konteyner daşıyan başqa bir yük gəmisi batmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv