ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Ağ Evdəki vəzifəsindən ayrılan, hazırda isə Konqresin gündəmində olan vergi azaldılması ilə bağlı qanun layihəsini sərt tənqid edən iş adamı İlon Maskın açıqlamalarına münasibət bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mask son paylaşımlarında Trampı tənqid etdiyi üçün peşman olduğunu açıqlayıb. O, “Keçən həftə ABŞ Prezidenti Donald Tramp haqqında etdiyim bəzi paylaşımlara görə təəssüflənirəm. Həddindən artıq irəli getmişəm,” – deyə qeyd edib.
Donald Tramp isə bu açıqlamalara cavab olaraq verdiyi televiziya müsahibəsində İlon Maskla münasibətlərdə kompromisə açıq olduğunu bildirib: “Bax, içimdə heç bir ağır hisslər yoxdur. Məncə, o, dedikləri üçün özünü çox pis hiss edir.”
ABŞ prezidenti əlavə edib: “Düşünürəm ki, Elon ilə razılaşa bilərəm, amma ilk növbədə ölkəni düzəltmək lazımdır.”