İranın Buşehr əyalətinin Deyr limanında metanol yüklü gəmidə baş vermiş yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Buşehr Valiliyinin Böhran İdarəetmə Baş direktoru Koruş Dehfan bildirib ki, yanğın yerli vaxtla saat 11:05-də Deyr Limanında Kaveh Methanol Company estakadasında başlayıb. Yanğının işçilərin gəmidə qaynaq işləri apararkən baş verdiyi, sonradan partlayışın qeydə alındığı qeyd olunub.
Yanğınsöndürmə əməliyyatları davam edir. İlkin məlumatlara görə, hadisə zamanı 10 nəfər yaralanıb, 3 nəfər isə hadisə yerində dünyasını dəyişib.