Məktəbə hücum edən şəxsin evində partlayıcı maddə tapıldı

16:18 - 11 İyun 2025

Məktəbə hücum edən şəxsin evində partlayıcı maddə tapıldı

Avstriyada məktəbə hücum edən şəxsin evində intihar məktubu və partlayıcı aşkarlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstriyanın Qraz şəhərində məktəbə hücum edən və özü də daxil olmaqla 11 nəfərin ölümünə səbəb olan 21 yaşlı şəxsin evində aparılan axtarış zamanı intihar məktubu və partlayıcı maddələr tapılıb.

Mövzu ilə bağlı Ştiriya əyalət polisinin sosial şəbəkə platforması X-də yayımladığı yazılı açıqlamada bildirilib ki, hücumçunun yaşadığı ünvanda aparılan axtarış zamanı yazılı və rəqəmsal formatda intihar qeydi, eləcə də istifadə olunmamış boru bombası aşkarlanıb.

Hazırda hücumun motivasiyası ilə bağlı rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv